Əsas səhifə » ABŞ və Rusiya Qara dənizdə təhlükəsizliyin təmin olunması barədə razılığa gəliblər

ABŞ və Rusiya Qara dənizdə təhlükəsizliyin təmin olunması barədə razılığa gəliblər

Bakı, AzerVoice

ABŞ və Rusiya Qara dənizdə təhlükəsizliyin təmin olunması barədə razılığa gəliblər.

AzerVoice xəbər veriri ki, bu barədə Ağ Evin verdiyi açıqlamada deyilir.

Açıqlamada, ABŞ və Rusiyanım Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi və güc tətbiqinin istisna edilməsi barədə razılığa gəliblər.

Açıqlamada həmçinin qeyd edilib ki, iki ölkə, ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında əldə edilmiş razılaşma əsasında, enerji obyektlərinə zərbə endirməkdən imtina ilə bağlı tədbirlər görmək qərarına gəliblər.

Bununla yanaşı, Ağ Ev bildirib ki, ABŞ, Rusiyanın kənd təsərrüfatı məhsullarının və gübrələrin ixracı üçün dünya bazarına çıxışını bərpa etməyə kömək edəcək.

"ABŞ, Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrə ixracı üçün dünya bazarına çıxışının bərpasına, dəniz sığortası xərclərinin azaldılmasına, eləcə də bu tip ticarət əməliyyatları üçün limanlara və ödəniş sistemlərinə çıxışın təmin olunmasına yardım göstərəcək", – deyə məlumatda qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice