Əsas səhifə » ABŞ, Qrenlandiya üzərində qəbuledilməz təzyiq göstərir - Danimarka

ABŞ, Qrenlandiya üzərində qəbuledilməz təzyiq göstərir - Danimarka

BAKI,AzerVoice

ABŞ, Qrenlandiya üzərində qəbuledilməz təzyiq göstərir.

AzerVoice xəbər verir ki, bu sözləri Danimarkanın baş naziri Mette Frederiksen, bu həftə yüksək səviyyəli ABŞ nümayəndə heyətinin yarı müstəqil Danimarka ərazisi olan Qrenlandiyaya səfər etməzdən əvvəl deyib.

"Deməliyəm ki, bu vəziyyətdə Qrenlandiya və Danimarka üzərində tətbiq olunan təzyiq qəbuledilməzdir. Və bu təzyiqə qarşı duracağıq",- deyə Frederiksen bildirib.

Nümayəndə heyəti nə Qrenlandiya, nə də Danimarka hökumətləri tərəfindən dəvət olunub.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brian Hughes, nümayəndə heyətinin məqsədinin "Qrenlandiya, onun mədəniyyəti, tarixi və insanları haqqında məlumat əldə etmək" olduğunu bildirib.

"Başqa bir ölkənin rəsmi nümayəndələri ilə özəl bir səfər etmək mümkün deyil",- deyə Frederiksen, xüsusi səfər ideyasını rədd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice