BAKI,AzerVoice
Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqların məzmunu açıqlanmayacaq.
AzerVoice xəbər verir ki, bu barədə Kremlinin sözçüsü Dmitri Peskov bildirib.
Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyada texniki məsləhətləşmələr keçirdilər və artıq hər iki ölkənin rəhbərlərinə hesabatlar göndəriblər. Buna görə də danışıqların məzmunu açıqlanmayacaq.
"Bu artıq texniki danışıqlardır, yəni detallarına enmək üçün danışıqlardır. Buna görə də, bu danışıqların məzmununun ictimaiyyətə açıqlanması gözlənilmir",- deyə o bildirib.
Səudiyyə Ərəbistanının paytaxtında, Ər-Riyaddakı görüşlər zamanı Rusiya nümayəndə heyətini Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin və FSB rəhbərinin müşaviri Sergey Beseda təmsil edirdi.
Görüş 12 saatdan çox davam edib və Ukrayna münaqişəsinin həlli ilə bağlı bir neçə məsələyə həsr olunub.