Əsas səhifə » Biz ABŞ ilə dolayı danışıqlara açığıq - İran Xarici İşlər Naziri

Biz ABŞ ilə dolayı danışıqlara açığıq - İran Xarici İşlər Naziri

Bakı, AzerVoice

İranın xarici işlər naziri Abbas Ərakçi bəyan edib ki, ABŞ İrana qarşı siyasətini düzəltməyincə ölkəsi ABŞ ilə birbaşa danışıqlara getməyəcək, lakin “dolayı danışıqlar üçün yol açıqdır”.

AzerVoice xəbər verir ki, Tehranda Qırmızı Aypara Cəmiyyətinin təşkil etdiyi toplantıda jurnalistlərə açıqlama verən Ərakçi ABŞ administrasiyasının İrana qarşı “maksimum təzyiq” kampaniyasını və təhdidlərini tənqid edib və bildirib ki, bu hərəkətlər “rəftarlarında köklü dəyişiklik” olmadığı təqdirdə İranın ABŞ ilə danışıqlar aparmasını qeyri-mümkün edir.

Ərakçi həmçinin bildirib ki, birbaşa danışıqlar masadan kənardadır, lakin İran dolayı danışıqlara açıqdır və mesajlarını bu kanallar vasitəsilə çatdıracaq.

Digər Kateqoriyalar

2025 © Azervoice