Əsas səhifə » Avropada Tesla satışları fevral ayında kəskin azalıb

Avropada Tesla satışları fevral ayında kəskin azalıb

Bakı, AzerVoice

Avropa Birliyi (AB) ölkələrində Tesla markalı avtomobil satışları fevral ayında keçən ilin eyni ayı ilə müqayisədə yüzdə 47,1 azalıb.

AzerVoice xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) fevral ayı üçün Avropa ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Məlumatlara görə, amerikalı milyarder İlon Maska məxsus Tesla şirkətinin avtomobil satışları Avropa ölkələrində sürətlə azalıb.

Keçən ilin fevral ayında 22 min 181 ədəd olan Tesla satışları, bu ilin eyni dövründə yüzdə 47,1 azalaraq 11 min 743 ədəd oldu.

Brendin AB-də ümumi yeni avtomobil satışlarında payı fevralda 2,5 faizdən 1,4 faizə düşüb.

Yanvar-fevral dövründə Teslanın Aİ ölkələrində satışları keçən ilin eyni dövrü ilə müqayisədə 49 faiz azalaraq 19 min 46 ədədə çatdığı halda, bu ilin ilk iki ayında Aİ bazarındakı ümumi payı yüzdə 1,1-ə qədər azalıb.

Şirkətin Avropa ölkələrində satışları son zamanlar sürətlə azalır.

Maskın ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində internetdə nasist salamına bənzətdiyi əl jesti, Almaniyada ifrat sağçı siyasətçilərə açıq dəstək verməsi və Britaniya siyasətinə qarışması kimi mübahisəli davranışları avropalıların şirkətdən uzaqlaşmasına səbəb olur.

Digər Kateqoriyalar

2025 © Azervoice