Əsas səhifə » Santorini qapılarını yenidən turistlərə açıb

Santorini qapılarını yenidən turistlərə açıb

Bakı, AzerVoice

Santorini fevral ayında baş verən minlərlə zəlzələnin ardından turizmin yenidən bərpa olunduğunu elan edib.

AzerVoice xəbər verir ki, Yunanıstanın məşhur turizm adası Santorini, fevral ayında baş verən kiçik zəlzələlərin adanın yaxınlığında vulkan püskürməsi ilə bağlı narahatlıqlara səbəb olmasından sonra qapılarını ilk ziyarətçilərinə açıb.

Fövqəladə vəziyyət elan olunduğu dönəmdə minlərlə insan zəlzələlərdən qaçaraq adadan ayrılıb, turizm mövsümünün sönük keçəcəyi ilə bağlı narahatlıqlar yaranıb. Lakin, ilin ilk kruiz gəmisi Santorini sahillərinə yanaşaraq turizmin bərpası üçün ümidverici bir addım atıb. Bazar günü səhər saatlarında Celestyal Discovery kruiz gəmisi, əksəriyyəti amerikalı olan təxminən 1700 turistlə adaya çatıb.

Qeyd edək ki, fevral ayında baş verən zəlzələlər və vulkan püskürməsi ilə bağlı qorxular, turizm sektorunun yenidən başlamasına mane olmuşdu, amma ilk kruiz gəmisinin gelişi, adanın turizm gəlirlərini artırmaq ümidlərini canlandırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice