Əsas səhifə » Yeni Zelandiyada 6,7 bal gücündə zəlzələ baş verib

Yeni Zelandiyada 6,7 bal gücündə zəlzələ baş verib

Bakı, AzerVoice

Yeni Zelandiyanın Cənubi Adasında bu gün 6,7 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidməti (USGS) yeraltı təkanların təxminən 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

İlkin məlumata görə, zəlzələ can və mal itkisinə səbəb olmayıb. Sunami xəbərdarlığı da verilməyib.

Yeni Zelandiya Milli Fövqəladə Hallar İdarəsi isə vətəndaşları ehtiyatlı olmağa çağırıb. Rəsmilər dənizdə güclü axınların ola biləcəyini bildirərək, insanlara çimərliklərdən və dənizdən uzaq durmağı tövsiyə ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice