Əsas səhifə » ABŞ və Ukrayna faydalı qazıntılar sazişi üzrə razılığa gəliblər

ABŞ və Ukrayna faydalı qazıntılar sazişi üzrə razılığa gəliblər

Bakı, AzerVoice

ABŞ və Ukrayna faydalı qazıntılar sazişi üzrə razılığa gəliblər.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

Məlumata əsasən, sazişin tezliklə imzalanması gözlənilir.

Tramp həmçinin bildirib ki, Ər-Riyaddakı danışıqlarda ərazi məsələləri və Ukraynada mümkün demarkasiya xətləri müzakirə olunur.

Bununla yanaşı Tramp qeyd edib ki, Ər-Riyaddakı danışıqlarda tərəflər ABŞ-ın Ukraynadakı atom elektrik stansiyası üzərində mümkün nəzarətini müzakirə edirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice