Bakı, AzerVoice
Rusiya və ABŞ-ın ekspert qrupları Ər-Riyaddakı danışıqlar nəticəsində heç bir sənəd imzalamağı planlaşdırmır.
AzerVoice xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, bu gün Rusiya və ABŞ nümayəndələrinin danışıqları artıq 9 saatdan çoxdur ki, davam edir. Rusiya nümayəndə heyətinə, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktor müavini Sergey Beseda başçılıq edir. Amerikanın nümayəndə heyətində isə, Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Endryu Pik, Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi nümayəndənin köməkçisi Kit Kelloq və Milli Təhlükəsizlik üzrə məsləhətçi Mayk Uolts yer alır.