Əsas səhifə » İranda 5 bal gücündə zəlzələ baş verib

İranda 5 bal gücündə zəlzələ baş verib

Bakı, AzerVoice

İranın Kirman əyalətinin Hocedek şəhərində 5 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən açıqlamaya əsasən, yerli vaxtla saat 15:47-də qeydə alınan yeraltı təkanların episentri Hocadek şəhəri olub.

Zəlzələ yerin 8 kilometr dərinliyində baş verib ki, bu da onu nisbətən səthi və hissedilən təkanlar sırasına daxil edir. Hazırda zəlzələnin insan tələfatına və ya maddi ziyana səbəb olub-olmadığı barədə rəsmi məlumat yoxdur. Yerli xilasedici qruplar və aidiyyəti qurumlar əraziyə cəlb olunub, vəziyyət nəzarətdə saxlanılır.

Qeyd edək kİ, zəlzələnin qonşu şəhər və qəsəbələrdə də hiss olunduğu bildirilir. . İranın zəlzələ zonasında yerləşməsi səbəbindən bu cür təkanlar ölkədə tez-tez müşahidə olunur. Hazırda ərazidə son durumla bağlı araşdırmalar davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice