Bakı, AzerVoice
ABŞ, müəyyən şərtlər altında İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.
AzerVoice xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
"Ola bilsin ki, biz bütün məsələləri hərbi yolla həll etməli olacağıq, amma bu o demək deyil ki, əgər bizi müəyyən bir həddə gətirərlərsə, biz hərbi əməliyyatlara əl atmayacağıq, biz bunu müəyyən şərtlər daxilində edəcəyik," – deyə o bildirib.
Uitkoff həmçinin ABŞ prezidenti Donald Trampın bu mövzuda mövqeyini vurğulayıb.
"Prezident Donald Trampın mövqeyi belədir: İranın nüvə bombası olmamalıdır. Biz onlara nüvə arsenalı yaratmağa imkan verməməliyik. Bu, baş verməməlidir," – deyə ABŞ prezidentinin xüsusi nümayəndəsi qeyd edib.
Xatırladaq ki, martın 7-i ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində, İranın ali rəhbəri Ali Xameneiyə nüvə proqramı ilə bağlı məktub göndərdiyini bildirmişdi. Lakin İran lideri, bu açıqlamaya cavab olaraq bildirib ki, ABŞ ilə dialoq aparmayacaqlar, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.