Bakı, AzerVoice
Birləşmiş Ştatlar İranın nüvə proqramından tamamilə imtina etməsini tələb edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun verdiyi açıqlamada deyilir.
"Biz açıq şəkildə demək istəyirik ki, hazırda Barak Obamanın və ya Co Baydenin administrasiyalarındakı "mən sənə, sən mənə" prinsipi artıq tətbiq olunmur. Məsələ bütövlükdə nüvə proqramı ilə bağlıdır. Ondan imtina edin, əks alda nəticələri pis olacaq", – deyə o bildirib.
Uoltsun sözlərinə görə, İranın nüvə silahına sahib olması, Yaxın Şərqdə bütün regionu silahlanma yarışına çəkmək deməkdir və bu, ABŞ-ın milli təhlükəsizliyi üçün tamamilə qəbuledilməzdir.
Xatırladaq ki, martın 7-i ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində, İranın ali rəhbəri Ali Xameneiyə nüvə proqramı ilə bağlı məktub göndərdiyini bildirmişdi. Lakin İran lideri, bu açıqlamaya cavab olaraq bildirib ki, ABŞ ilə dialoq aparmayacaqlar, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.