Bakı, AzerVoice
Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək.
AzerVoice xəbər verir ki, bu haqda Kanadanın baş naziri Mark Karni məlumat verib.
Məlumatda qeyd olunub ki, seçkilər apreln 28-də keçiriləcək.
"Az əvvəl Kanada general-qubernatoru dan parlamenti buraxmağı və seçkiləri aprelin 28-də keçirməyi xahiş etdim. O, razılaşdı," – deyə Karni bildirib.
Baş nazir, erkən seçkilərin keçirilməsi qərarının ölkə iqtisadiyyatındakı problemləri qısa müddətdə düzəltmək və ABŞ administrasiyasının tarif siyasətinə cavab vermək zərurətindən irəli gəldiyini vurğulayıb. Bunun üçün ona və hökumətinə güclü dəstək lazım olduğunu bildirib.
Qeyd edək ki, ölkənin parlamenti martın 24-də fəaliyyıtini bəroa etməli idi, seçkilər isə oktyabrın 20-nə planlaşdırılmışdı. Martın 9-da Karni, hökümət başçısı Castin Trüdo və Kanada Liberal Partiyasının lideri vəzifəsindən istefa verdikdən sonra baş nazir oldu. Yeni baş nazirin erkən seçkilər elan etməsi gözlənilirdi, çünki martın 24-ü parlament Karniyə etimad səsverməsini müzakirə etməli idi. Liberal partiyasının parlamentdə çoxluq olmadığını və bütün müxalifət partiyalarının liderləri artıq liberallara dəstək verməyəcəklərini bəyan etdikləri üçün, Karninin etimad səsverməsini uğurla keçirməsi şansı yox idi.