Əsas səhifə » ABŞ Husilərin lidelərini zərərsizləşdirib

ABŞ Husilərin lidelərini zərərsizləşdirib

Bakı, AzerVoice

Amerika Birləşmiş Ştatları Yəmənin "Ənsar Allah" hərəkatının rəhbərlərini aradan qaldırıb.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts məlumat verib.

ABŞ, həmçinin, hərəkatın baş qərargahı və silah istehsal edən zavodlarına zərbələr endirib.

"Husilərin baş qərargahına, əlaqə nöqtələrinə, silah istehsalı zavodlarına və hətta onların dəniz tipli pilotsuz uçuş aparatı istehsal edən obyektlərinə də zərbələr endirdik," – deyə Uolts bildirib.

ABŞ-ın hansı liderləri aradan qaldırdığı barədə ətraflı məlumat verməyib.

Xatırladaq ki, bundan əvvəl husilər martın 7-də İsrailə humanitar yardımların Qəzzaya girişinə icazə verməsi üçün 4 gün vaxt vermiş və əks halda dəniz əməliyyatlarını bərpa edəcəklərini bildirmişdilər.

ABŞ Prezidenti Donald Tramp martın 15-də “Truth” sosial platformasında Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyat əmri verdiyini açıqlayıb.

Husilərin lideri Əbdül-Malik əl-Husi isə ABŞ-ın hava və dəniz qüvvələrinin husilərin hədəfinə çevriləcəyini və Vaşinqtonun da dənizdə naviqasiya məhdudiyyətlərindən təsirlənəcəyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice