Əsas səhifə » Papa Fransisk ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Papa Fransisk ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Bakı, AzerVoice

Roma katolik kilsəsinin rəhbəri Papa Fransisk ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

AzerVoice-un məlumatına görə, bu barədə Vatikan mətbuatı məlumat verib.

Məlumata əsasən, o, Romadakı "Cemelli" xəstəxanasının eyvanından xəstəxananın qarşısına toplaşan insanlara müraciət edib, xeyir-dua verib və xəstəxanadan buraxılıb.

“Hər kəsə təşəkkür edirəm”, – deyə Fransisk bildirib. O, intensiv oksigen terapiyasından sonra səsi zəiflədiyi üçün asta səslə danışıb.

Roma Papası bu gün verdiyi xütbədə, həmçinin regional məsələlərə də toxunub. Fransisk, İsrailin Qəzza zolağında hava hücumlarının yenidən başlamasına dərin təəssüfünü bildirib. Fransisk Yaxın Şərqdə, Ukraynada, Sudanda, Konqo Demokratik Respublikasında və Myanmada sülhə və nizamlanmaya çağırış edib.

Qeyd edək ki, daha öncə həkimlər bildirmişdilər ki, Pontifik səhhəti yaxşılaşıb. Lakin Fransiskə iki aylıq dincəlmək tövsiyə olunub. O, müalicənin, xüsusən səsinin bərpası ilə bağlı mərhələsini öz iqamətgahında keçirəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice