16
Bakı, AzerVoice
Rusiya və ABŞ prezidentləri zərurət yarandıqda əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Məlumata əsasən bildirilib ki, Kiyev razılaşmaları yerinə yetirməsə, yeni telefon danışığı ola bilər.
Qeyd edək ki, martın 18-də Putin və Tramp arasında ikinci telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Ukrayna münaqişəsinin mümkün həll variantlarını, Rusiya–ABŞ münasibətlərinin normallaşdırılmasını və Yaxın Şərqdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.