Bakı, AzerVoice
ABŞ, Ukraynada atəşkəs razılaşmasına aprelin 20-nə qədər nail olmağa ümid edir, lakin tərəflər arasında ciddi fikir ayrılıqları var.
AzerVoice-un məlumatına görə, mart ayının əvvəlində Ukraynaya hərbi yardımın çatdırılmasını qısa müddətlik dayandıran Ağ Ev hələlik bu məsələdə heç bir məhdudiyyətə razı olmayıb.
Qeyd edək ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Moskva Ukraynada döyüş əməliyyatlarının dayandırılması təkliflərinə razıdır, lakin bu, uzunmüddətli sülhə və böhranın əsas səbəblərinin aradan qaldırılmasına gətirib çıxarmalıdır.
Martın 11-də, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların sonunda yayımlanan birgə bəyanatda bildirilib ki, Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır. ABŞ isə bunun qarşılığında kəşfiyyat məlumatlarının paylaşılmasına qoyulan məhdudiyyətin dərhal aradan qaldıracaq və Kiyevə hərbi yardımı bərpa edəcək.