Bakı, AzerVoice
Qəzza münaqişəsi dialoq yolu ilə sona çata bilər.
AzerVoice xəbər verir ki, bu sözlər ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun verdiyi açıqlamda yer alıb.
Açıqlamada, Uitkoff, İsrail Baş naziri Benyamin Netanyahunu Qəzza məsələsində strateji plana malik olmamaqla tənqid edib.
“Ortada nə xəritə var, nə də bir üfüq. Bu da qeyri-sabitliyə səbəb olur”, - deyə o bildirib.
Qətərin danışıqlarda oynadığı rolun əhəmiyyətinə toxunan Uitkof, İsrail hökumətinin yalnız hərbi təzyiqlə kifayətlənməyib, danışıqların da vacibliyini anlamalı olduğunu bildirib.
O, Qəzzanın yalnız humanitar yardımlarla davamlı bir gələcəyə sahib ola bilməyəcəyini vurğulayıb. Vitkof, fələstinlilərin də gələcəklə bağlı arzular qurmaq haqqı olduğunu qeyd edib.
Uitkoff, verdiyi açıqlamada həmçinin, HƏMAS-la bağlı ikirlər də yer alıb.
“Qəzza münaqişəsi dialoq yolu ilə sona çata bilər. Əgər HƏMAS silahlarını yerə qoyarsa, Qəzzada siyasi faktor olaraq qala bilər”, - deyə Uitkoff qeyd edib.