Bakı, AzerVoice
Biz heç vaxt münaqişəni başlatan tərəf olmadıq. Lakin ABŞ və digərləri, İranla əlaqədar hər hansı bir xainlik etsələr, sərt bir zərbə alacaqlarını bilməlidirlər.
AzerVoice xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Əli Xamenei deyib.
Xamenei eyni zamanda, ABŞ və Avropanın Yəməndəki husilərə qarşı yanaşmalarını tənqid edib və onların İrandan müstəqil hərəkət etdiklərini vurğulayıb.
"Amerikalı və Avropalı siyasətçilər böyük bir səhv edirlər. Yəmənəki dirəniş güclərini İranın gücləri kimi tanıyıb onlara təhqir edirlər. Halbuki, Yəmən xalqı da, bölgədəki dirəniş gücləridə öz iradələri ilə hərəkət edir. İranın onlar adından hərəkət etməsinə ehtiyacı yoxdur",- deyə Xamenei qeyd edib.
Xamenei, həmçinin Fələstin məsələsində Yəmənin rolunu da xatırladıb.
"Yəmən lideri, beynəlxalq bir toplantıya qatılaraq bu zülmə açıqca qarşı çıxmışdı. Bugün isə Yəmən xalqı, siyonist rejimin Fələstin xalqına qarşı hücumlarına qarşı durur və mübarizə aparır",- deyə o bildirib.
İsrailin Fələstindəki hücumlarına diqqət çəkən Xamenei, İranın üsyançı qruplara verdiyi dəstəyi davam etdirəcəyini vurğulayıb.
"Bugün dünya xalqları, Siyonist rejimin vəhşiliyinə qarşı çıxır və hər kəs gücü çatdığı qədər dirənir. İran İslam Respublikası da bu zorakılığa qarşı qətiyyətlə durur. Yanaşmamız aydındır. Vətənlərini müdafiə edən Fələstinliləri və Livanlıları dəstəkləyirik. Bu, İranın həmişə dəyişməz siyasəti olub," - deyə o qeyd edib.