31
Bakı, AzerVoice
Amerikalı hərbi mütəxəssislər ölkəni uzun məsafəli hava zərbələrindənd qorumaq üçün yeni hava hücumundan müdafiə sistemi hazırlayır.
AzerVoice-un məlumatına görə, müdafiə sistemi "Qızıl qübbə" adlandırılacaq.
Məlumata görə, Ağ Ev raketə qarşı müdafiə qalxanının yaradılması üçün lazım olan hər hansı bir maliyyə vəsaitini təmin etməyə hazırdır. Lakin mənbələrdən biri bildirib ki, "Qızıl qübbə" sadəcə bir ideyadır və ümumi şəkildə müzakirə edilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp yeni nəsil F-47 qırıcılarının istehsalının başladığını bildirmişdi.