Bakı, AzerVoice
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının dayandırılması fonunda Avropa İttifaqı Ukraynada müstəqil medianın maliyyələşdirilməsinə daha 10 milyon avro ayırır.
AzerVoice xəbər verir ki, bu barədə Avropa İttifaqının Ukraynadakı nümayəndəliyindən bildirilib.
"Avropa İttifaqı 10 milyon avroluq yeni maliyyə paketi ilə Ukraynada müstəqil mediaya dəstəyini gücləndirir. Bu təşəbbüs bir sıra media təşkilatlarına qrantlar verəcək, bu da öz növbəsində ayrı-ayrı müstəqil jurnalistlərə və media qurumlarına subqrantlarla dəstək verəcək", - missiyanın saytında yerləşdirilən bəyanatda deyilir.
Qeyd edilib ki, 2017-ci ildən Avropa İttifaqı Ukraynada müstəqil medianın inkişafına 100 milyon avrodan çox sərmayə qoyub, 2022-ci ilin fevralından isə bu məqsədlər üçün 37 milyon avroya yaxın qrant ayırıb.