Əsas səhifə » Rusiya və Ukrayna yaxın zamanda atəşkəsə nail olacaq - Tramp

Rusiya və Ukrayna yaxın zamanda atəşkəsə nail olacaq - Tramp

Bakı, AzerVoice

Rusiya və Ukrayna çox yaxın zamanda tam atəşkəsə nail olacaq.

AzerVoice xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp həmçinin bildirib ki, hazırda Ukrayna ərazilərinin bölünməsi ilə bağlı danışıqlar aparılır.

“Düşünürəm, çox yaxın zamanda biz Ukraynada tam atəşkəsə nail olacağıq, sonra isə bir razılaşma imzalanacaq. Hal-hazırda bu barədə müzakirələr aparılır”,- deyə Tramp bildirib.

O, həmçinin fevralın 28-i Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşünü də xatırladıb.

“Mən o vaxt bir ifadə işlədmişdim: 'bəzi insanların əlində kart yoxdur'. Əlində kart olmayan biri ticarət etməyə çalışırdı. İndi isə o, artıq razılaşmaya hazır olduğunu deyir”,- deyə Tramp qeyd edib.

Xatırladaq ki, fevralın 28-i Zelenski Ağ Evi ziyarət etmişdi. Görüş zamanı jurnalistlərin iştirakı ilə aparılan müzakirələrdə Tramp Zelenskini ABŞ-a qarşı hörmətsizlikdə ittiham etmişdi. ABŞ vitse-prezidenti Cey Di Vens isə onu Vaşinqtonunu göstərdiyi dəstəyə görə təşəkkür etməməklə qınamışdı. Görüşdən sonra planlaşdırılan mətbuat konfransı ləğv olunmuşdu və iki dövlət arasında faydalı qazıntılar saziş imzalanmamışdı.

Daha sonra Tramp "Truth Social" platformasında verdiyi açıqlamada Zelenskinin hörmətsizlik göstərdiyini və münaqişənin sülh yolu ilə həllinə hazır olmadığını vurğulamışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice