Əsas səhifə » ABŞ Çinlə müharibə aparmaq istəmir - Tramp

ABŞ Çinlə müharibə aparmaq istəmir - Tramp

Bakı, AzerVoice

ABŞ Çinlə müharibə aparmaq istəmir, lakin belə bir münaqişə baş verəcəyi halda, ABŞ Silahlı Qüvvələri buna hazırdır.

AzerVoice xəbər verir ki, bu sözlər ABŞ Prezidenti Donald Trampın verdiyi açıqlamada yer alıb.

Tramp həmçinin qeyd edib ki, Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır.

“Kanadanın ştat olmalı olduğunu deyəndə, bunu tam ciddiliklə deyirəm. Kanada, ABŞ üçün əla bir ştat olardı”, – deyə o vurğulayıb.

Trampın sözlərinə görə, ABŞ artıq Kanada üçün təhlükəsizlik təminatını öz üzərinə götürə bilməz, çünki onun iddiasına əsasən, Kanada ordusuna kifayət qədər vəsait xərcləmir.

O, həmçinin bildirib ki, Kanada ABŞ-ın ştatına çevrildiyi təqdirdə, ölkə sakinləri üçün vergilər təxminən iki dəfə azalacaq.

Qeyd edək ki, bundan əvvəl Tramp dəfələrlə qeyd edib ki, bir çox kanadalı ölkələrinin ABŞ-ın 51-ci ştatına çevrilməsini istəyir. Onun fikrincə, belə bir birləşmə Kanadaya iqtisadi sabitlik qazandıracaq və onu xarici təhlükələrdən – xüsusilə Rusiya və Çin kimi ölkələrdən qoruyacaq.

Kanadanın yeni baş naziri Mark Karni isə Trampın bu bəyanatlarına cavab olaraq bildirib ki, Kanada heç vaxt ABŞ-ın ştatı olmayacaq.

Ağ Ev daha əvvəl Kanada ilə bağlı bəyanatında bu ölkənin artıq müttəfiqdən çox ABŞ üçün rəqibə çevrildiyini qeyd etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice