21
Bakı, AzerVoice
Panamanın cənubunda 6.2 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumat verib.
Məlumata əsasən, zəlzələnin episentrinin Panamanın Punta de Burika şəhərindən 123 kilometr cənub-şərq istiqamətində yerləşdiyi bildirib.
6.2 bal maqnitudalı zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ ilə bağlı sunami xəbərdarlığı edilməyib və hər hansı bir can itkisi barədə məlumat verilməyib.