Əsas səhifə » Qəzzanın işğal edilməsinə qarşıyıq - Fransa XİN

Qəzzanın işğal edilməsinə qarşıyıq - Fransa XİN

Bakı, AzerVoice

Fransa İsrailin Qəzza zolağını və İordan çayının qərb sahilini işğal etməsinə qarşıdır.

AzerVoice xəbər verir ki, bunu Fransa Xarici İşlər Naziri Jan-Noel Barro deyib.

Barro bildirib ki, bu sözlər, İsrailin müdafiə naziri İsrael Katsın Qəzzanın ilhaqı ilə bağlı təhdidlərinə cavab olaraq səsləndirilib.

“Regionun gələcəyi ilə bağlı çox aydın bir baxışımız var: iki dövlətin yan-yana və sülh içində yaşadığı bir həll yolu olmalıdır”,- deyə o bildirib.

Qeyd edək ki, daha öncə İsrailin müdafiə naziri İsrael Kats verdiyi açıqlamada bildirib ki, HƏMAS əsirləri azad etməkdən nə qədər imtina etsə, bir o qədər çox ərazi itirəcək və bu torpaqlar ilhaq ediləcək. O əlavə edib ki, İsrail ələ keçirdiyi ərazilərdə nəzarət quracaq və əsirlər azad olunana qədər quru əməliyyatları genişləndiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice