Əsas səhifə » Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini açıqlayıb

Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini açıqlayıb

BAKI,AzerVoice

Keçmiş UFC döyüşçüsü Konor Makqreqor McGregor, bu il keçiriləcək İrlandiya prezident seçkilərində iştirak edəcəyini cümə axşamı günü açıqlayıb.

AzerVoice xəbər verir ki, son illərdə İrlandiyanın sağçı radikal hərəkatlarının simvoluna çevrilmiş Makqreqor, sosial media üzərindən seçkilərdə iştirak edəcəyini açıqlayaraq, Avropa İttifaqı (Aİ) tərəfindən təklif edilən yeni miqrasiya sazişinə qarşı olduğunu bildirib.

Bu saziş, sığınacaq müraciətlərinin Aİ daxilində daha bərabər şəkildə paylaşılmasını nəzərdə tutur.

"Başqa kim hökumətə qarşı çıxacaq və bu qanuna qarşı duracaq?",- deyə Makqreqor 46 milyon izləyicisinə sahib Instaqram hesabında paylaşım edib.

Bu post, Makqreqorun Donald Tramp ilə birlikdə Müqəddəs Patrick Günü münasibətilə Ağ Evdə iştirak etməsindən bir neçə gün sonra gəldi.

İrlandiya, 5 milyon nəfərdən bir az çox əhalisi olan bir ölkədir və 2023-cü ilin aprelinə qədərki dövrdə 141,600 miqrant qəbul edib. Bu, son 16 ilin ən yüksək rəqəmidir və bir çoxları bunun ölkənin güclü iqtisadi performansı ilə əlaqədar olduğunu bildirir.

İrlandiyanın növbəti prezident seçkisi noyabrın 11-nə qədər keçirilməlidir.

Cümə axşamı günü Instagram paylaşımında Makqreqor, seçilərsə, Aİ-nin miqrasiya qanun layihəsini referendumla xalqın mülahizəsinə təqdim edəcəyini bildirib.

“Bu sazişin güclü şəkildə əleyhinəyəm, amma bu nə mənim, nə də hökumətin qərarıdır. Bu, İrlandiya xalqının qərarıdır”,- deyə o bildirib.

Prezident namizədləri, ölkənin seçki komissiyasına görə, aşağı və yuxarı parlament evlərinin 234 üzvündən ən az 20-si və ya İrlandiyanın 31 yerli şurasından 4-ü tərəfindən namizəd göstərilməlidir.

Digər Kateqoriyalar

2025 © Azervoice