Əsas səhifə » İranda 5 bal gücündə zəlzələ baş verib

İranda 5 bal gücündə zəlzələ baş verib

Bakı, AzerVoice

İranın İsfahan vilayətinə bağlı Natanz şəhərində bu gün səhər saatlarında 5 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən açıqlamaya əsasən, yerli vaxtla saat 10:23-də qeydə alınan yeraltı təkanların episentri Natanz şəhəri olub.

Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib ki, bu da onu nisbətən səthi və hissedilən təkanlar sırasına daxil edir. Hazırda zəlzələnin insan tələfatına və ya maddi ziyana səbəb olub-olmadığı barədə rəsmi məlumat yoxdur. Yerli xilasedici qruplar və aidiyyəti qurumlar əraziyə cəlb olunub, vəziyyət nəzarətdə saxlanılır.

Qeyd edək kİ, Zəlzələnin qonşu şəhər və qəsəbələrdə də hiss olunduğu bildirilir. . İranın zəlzələ zonasında yerləşməsi səbəbindən bu cür təkanlar ölkədə tez-tez müşahidə olunur. Hazırda ərazidə son durumla bağlı araşdırmalar davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice