Əsas səhifə » Aİ Qəzzada atəşkəsin pozulmasını pisləyib

Aİ Qəzzada atəşkəsin pozulmasını pisləyib

Bakı, AzerVoice

Avropa İttifaqı (Aİ) liderləri Qəzzadaki atəşkəsin pozulmasını və HƏMAS-ın qalan girovları təhvil verməkdən imtina etməsini pisləyib.

AzerVoice xəbər verir ki, bu haqda Avropa Şurasının təqdim etdiyi bəyannamədə deyilir.

Qeyd edək ki, Qəzza zolağında atəşkəsin birinci mərhələsi bu ayın əvvəlində başa çatıb. HƏMAS razılaşmanın ikinci mərhələsinə keçmək istəyir və bu, İsraildən müharibənin sona çatması və bütün hərbi qüvvələrinin ərazidən çıxarılmasını müzakirə etməyi və həmçinin israilli girovların sərbəst buraxılması qarşılığında fələstinli məhbusların azad olunmasını tələb edir.

Xatırladaq ki, iki gün əvvəl İsrail Qəzza zolağında döyğş əməliyyatlarını bərpa edib. Nəticədə ölənlərin sayı 591-ə çatıb, 1042 nəfər isə yaralanıb.

Məlumata görə, ölənlərin əksəriyyəti uşaqlar, qadınlar və yaşlılardır. Bir çox cəsəd hələ də dağıdılmış binaların altında qalıb və xilasetmə komandaları onları çıxara bilmir.

Digər Kateqoriyalar

2025 © Azervoice