Əsas səhifə » AI Ukraynaya hərbi yardımın çatdırılmasını müzakirə edəcək

AI Ukraynaya hərbi yardımın çatdırılmasını müzakirə edəcək

Bakı, AzerVoice

Avropa İttifaqının Xarici Siyasət Başçısı Kaya Kallasın Ukraynaya 5 milyard avro həcmində hərbi yardım göstərilməsi təklifi 2-3 aprel tarixində müdafiə nazirlərinin qeyri-rəsmi toplantısında müzakirə ediləcək.

AzerVoice xəbər verir ki, bu barədə Kallas özü, 27 Aİ ölkəsinin rəhbərlərinə göndərdiyi məktubda məlumat verib.

Məlumata əsasən, toplantı Varşavada keçiriləcək.

Məktubda qeyd edilib ki, Kallas ilkin təklifdən hər ölkənin töhfə miqdarının ÜDM-dən asılı olaraq müəyyən edilməsi prinsipini çıxarıb. Bu prinsip yerinə könüllülük əsasında bir prinsip əlavə edilib.

Kallas qeyd edib ki, bu prinsip, bazarda mövcud olan və 2025-ci ilə qədər təhvil verilməli olan iki milyon mərmi ilə bağlıdır, çünki Ukrayna buna ümid edir.

Xatırladaq ki, bundan əvvəl Brüsseldə keçirilən Aİ sammitində Ukraynaya yardım göstərilməsi ilə bağlı konkret qərarlar qəbul

Eyni zamanda, Aİ ölkələrinin liderləri Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Leyenin müdafiə xərclərini artırmaq və hərbi sənaye kompleksinə 800 milyard avro sərmayə qoymaq planını müzakirə edirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice