Əsas səhifə » ABŞ və Rusiya nümayəndə heyətləri arasında görüş keçiriləcək

ABŞ və Rusiya nümayəndə heyətləri arasında görüş keçiriləcək

Bakı, AzerVoice

Rusiya ilə ABŞ arasında ekspertlər səviyyəsində qiymətləndirmə görüşü keçiriləcək.

AzerVoice xəbər verir ki, bu barədə Kremlin Xarici Siyasət Məsləhətçisi Yuriy Uşakov məlumat verib.

Məlumata əsasən, görüş martın 24-ü Səudiyyə Ərəbistanının paytaxtı Riyad şəhərində baş tutacaq.

Uşakov, ABŞ Milli Təhlükəsizlik Məsləhətçisi Mayk Volts ilə əldə etdikləri razılaşma çərçivəsində görüşə hər iki ölkənin liderləri tərəfindən təyin olunan ekspertlərin qatılacağını bildirib.

Bundan əvvəl bildirilmişdi ki, ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı danışıqlar bazar günü Ciddədə keçiriləcək.

ABŞ nümayəndəsi Stiven Uitkoff, ABŞ-ın milli təhlükəsizlik müşaviri və dövlət katibinin rəhbərlik etdiyi bir qrupun danışıqlara qatılacağını qeyd edib. O, məsələnin incə məqamlarının həlledici olduğunu vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice