Bakı, AzerVoice
Avropa İttifaqı (Aİ) üzvləri, Budapeşt istisna olmaqla, Brüsseldə keçirilən sammitdə Ukrayna ilə bağlı müzakirələrin yekunlarına əsasən Moskvaya qarşı yeni sanksiyaların gücləndirilməsi barədə razılığa gəlib.
AzerVoice xəbər verir ki, bu barədə sammitin sonunda təqdim edilən yekun sənəddə deyilir.
"Avropa İttifaqı, Rusiyanın hərbi fəaliyyətinin zəifləməsi üçün, Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməyə, həmçinin mövcud sanksiyaların sərtləşdirilməsinə hazırdır",- deyə sənəddə bildirilib.
Eyni zamanda, Avropa İttifaqı Moskvanı müharibəni sona çatdırmaq üçün, xüsusi olaraq humanitar yardım vasitəsi ilə real siyasi iradə göstərməyə, çağırıb.
Bu sammitə Macarıstan qoşulmadığı üçün, sənəd Avropa İttifaqının digər 26 ölkəsi tərəfindən ayrıca bəyanat kimi qəbul edilib.