Əsas səhifə » Avstriyada irqçilik hadisələri kəskin artır

Avstriyada irqçilik hadisələri kəskin artır

BAKI, AzerVoice

Avstriyada 2024-cü ildə 1647 irqçi hücum qeydə alınıb, bu isə əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir, xüsusilə irqçi hücumların 61 faizinin internetdə baş verdiyi bildirilib.

AzerVoice xəbər verir ki, irqçi hücumları qeydə alan “Anti-Racism Work and Civil Response” (ZARA) təşkilatı “2024 İrqçilik Hesabatı”nı ictimaiyyətə təqdim edib. Hesabata əsasən , 2023-cü ildə 1302 irqçi hadisə qeydə alınmışdı, 2024-cü ildə bu rəqəm 1647-yə yüksəlib.

Xüsusilə internetdə irqçi hücumların sayı 136 faiz artıb.

İrqçi hadisələrin baş verdiyi əsas mühitlər internet və sosial media , ictimai yerlər , əyləncə və xidmətlər sektoru , dövlət qurumları və təşkilatları və sosial həyatın digər sahələridir.

İrqçi hücumların 79 faizi şahidlər, 21 faizi isə qurbanlar tərəfindən qeydə alınıb. Ekspertlər bildirir ki, qurbanların az hesabat verməsi "polisə bildirsək belə nəticə olmayacaq" düşüncəsi ilə əlaqəlidir.

ZARA təşkilatının meneceri Rita İsiba, bu ilki hesabatda səhiyyə sektorunda ayrı-seçkilik və irqçi münasibətlərə daha çox diqqət yetirildiyini bildirib.

İsiba həmçinin vurğulayıb ki, qurbanların effektiv şikayət mexanizmləri və müdafiə hüquqları zəifdir.

İsiba bildirib ki, irqçilik Avstriyada tək-tək hadisələr deyil, struktur problemdir və bu istiqamətdə siyasi qərar qəbul edənlərin daha ardıcıl tədbirlər görməli olduğunu vurğulayıb. Vətəndaş cəmiyyəti də bu mübarizəyə töhfə verməlidir.

Avropada irqçiliyin və ksenofobiyanın artması sosial sabitliyə və inteqrasiyaya ciddi təhlükə yaradır. Təşkilatlar və hüquq müdafiəçiləri hökuməti irqçiliyə qarşı daha sərt addımlar atmağa çağırırlar.

Digər Kateqoriyalar

2025 © Azervoice