BAKI,AzerVoice
Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin liderləri Brüsseldə
təhlükəsizlik, müdafiə, iqtisadi rəqabətlilik və Ukraynaya dəstək
məsələlərini müzakirə etmək üçün bir araya gəlib.
AzerVoice xəbər verir ki, Aİ Şurasının
yeni sədri Antonio Kosta başçılıq etdiyi sammit çərçivəsində
liderlər Ukrayna prezidenti Vladimir Zelenski ilə onlayn görüş
keçirəcəklər.
Sammit çərçivəsində Aİ liderləri Ukraynaya davamlı dəstək və hərbi yardım, Avropanın təhlükəsizliyi və müdafiə strategiyaları, Aİ-nin iqtisadi rəqabət qabiliyyətinin artırılması, Yaxın Şərqdəki vəziyyət və miqrasiya problemləri və Aİ-nin Çoxillik Maliyyə Çərçivəsinə yeni resursların daxil edilməsi məsələlərini müzakirə edəcəklər:
Sessiyaların birində BMT-nin baş katibi Antonio Quterreş də iştirak edəcək.
Aİ Şurasının sədri Antonio Kosta, sammit öncəsi sosial media paylaşımında bildirib ki, rəqabətlilik Avropanın təhlükəsizliyi və inkişafı üçün açardır.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali
Nümayəndəsi Kaja Kallas, sammit öncəsi Ukrayna məsələsinə xüsusi
diqqət çəkərək,
"Biz əvvəlcə Ukraynanı müzakirə edəcəyik və prezident Zelenskinin
ABŞ prezidenti Donald Trampla görüşündən sonra fikirlərini eşitmək
istəyirik. Prezident Trampın Ukrayna üçün əlavə hava hücumundan
müdafiə vasitələri ayırmaq istədiyini bildirməsi müsbət addımdır."
- deyə bildirib.
Kallas, Ukraynaya 5 milyard avroluq sursat yardımı təşəbbüsü irəli sürdüyünü və bunun reallaşması üçün təcili konkret addımlar atılmasının vacib olduğunu vurğulayıb.
Aİ liderlərinin bu sammitdə qəbul edəcəyi qərarlar Avropanın müdafiə strategiyası və Ukraynanın gələcək dəstəyi baxımından böyük əhəmiyyət daşıyır. Gözləntilərə görə, sammit Ukraynaya əlavə hərbi yardımlar və Avropa iqtisadiyyatının gücləndirilməsi istiqamətində yeni maliyyə resurslarının ayrılması ilə bağlı razılaşmalarla nəticələnə bilər.