BAKI, AzerVoice
Honq-Konq firmasının Panama kanalı limanlarını ABŞ şirkətlərinə satması Çin administrasiyasında narahatlıq yaradıb.
AzerVoice xəbər verir ki, CK Hutchison
Holdings martın 4-də Panama kanalının hər iki tərəfindəki strateji
limanlardakı payını BlackRock-un rəhbərlik etdiyi Amerika
konsorsiumuna 22,8 milyard dollara satmağa razılaşıb
Bu razılaşma Pekinin ciddi etirazına səbəb olub və Çin lideri Xi
Jinping-i çətin seçim qarşısında qoyub.
Belə ki, Pekin sövdələşmədən əvvəl xəbərdar edilmədiyi üçün Xi Jinping buna sərt reaksiya verib. Çin hökuməti bu satışı "Çin xalqına xəyanət" kimi qiymətləndirib və mümkün əks-strategiyaları nəzərdən keçirmək üçün müvafiq qurumlara göstəriş verib.
Razılaşma hələ rəsmiləşdirilməsə də, Çin ya ABŞ-la münasibətləri daha da gərginləşdirərək müqaviləni əngəlləməli, ya da bu strateji limanlar üzərində nəzarəti itirmək təhlükəsi ilə üzləşməlidir. Pekinə yaxın olan "Ta Kung Pao" qəzetinin təhlilinə görə, əgər sövdələşmə tamamlanarsa, Panama kanalı siyasiləşə və Çin gəmiləri üçün məhdudiyyətlər yarana bilər.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Panama kanalına nəzarəti geri qaytarmaq niyyətində olduğunu açıqlamış və Çinə qarşı ticarət müharibəsini alovlandırmışdı.