Əsas səhifə » ABŞ səfirlikləri və MKİ əməliyyatlarına dair sənədlər üzə çıxıb

ABŞ səfirlikləri və MKİ əməliyyatlarına dair sənədlər üzə çıxıb

BAKI, AzerVoice

ABŞ-ın Latın Amerikası ölkələrində gizli kəşfiyyat əməliyyatlarına dair yeni sənədlər üzə çıxıb.

AzerVoice xəbər verir ki, açıqlanan sənədlər Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Kuba, Çili və Meksikada həyata keçirdiyi casusluq əməliyyatlarının detalları ilə bağlı mühüm faktları ortaya qoyub.

Buraya telefon dinləmələri, ikili agentlərin cəlb edilməsi və sui-qəsd planları daxildir.

Yeni məlumatlar ABŞ Milli Arxivində saxlanılan sənədlərin açılması nəticəsində əldə edilib. Xüsusilə, keçmiş prezident Con Kennedinin qətli ilə bağlı sənədlər MKİ-nin Meksikadakı Sovet və Kuba səfirliklərini izlədiyini, bu çərçivədə telefon danışıqlarını dinlədiyini göstərir. Digər sənədlərdə isə MKİ-nin Fidel Kastroya qarşı uğursuz sui-qəsd cəhdləri və Donuzlar Körfəzi əməliyyatına dair yeni detallar əks olunub.

Bununla yanaşı, sənədlər ABŞ Xarici İşlər Nazirliyi ilə MKİ arasında xarici əməliyyatlarla bağlı fikir ayrılıqlarını da ortaya çıxarıb. Xüsusilə, MKİ-nin Fransada və Latın Amerikası ölkələrində siyasi çevrələrə təsir etmək cəhdləri diqqət çəkir.

Qeyd edək ki, MKİ-nin Latın Amerikası ölkələrindəki fəaliyyəti uzun illərdir müzakirə mövzusudur və yeni sənədlər bu mübahisələri daha da alovlandıra bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice