BAKI, AzerVoice
İran, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasına İran əleyhinə təqdim edilən qərar layihəsinə görə Almaniya və İngiltərənin Tehran səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.
AzerVoice xəbər verir ki, Xarici İşlər Nazirliyinin Qadınlar və İnsan Hüquqları üzrə Baş İdarə rəisi Furuzende Vedieti, Alman və İngilis diplomatlarına İranın etirazlarını çatdırıb və bu ölkələrin İran xalqına təzyiq göstərmək məqsədilə insan hüquqlarından sui-istifadə etmələrini pislədiyini bildirib.
Vedieti, Alman və İngilis diplomatlarına bu ölkələrin Qəzzədə soyqırım və müharibə cinayətləri törədən İsrailə dəstək verdiklərini xatırladaraq, onların insan hüquqlarını müdafiə etmə mövqeyində olmadıqlarını qeyd edib.
Avropalı diplomatlar isə İranın etirazlarını öz ölkələrinə çatdıracaqlarını bildiriblər.