BAKI,AzerVoice
Fransa Prezidenti Emmanuel Makron, İranda 887 gündür həbsdə olan Fransa vətəndaşı Olivier Grondeau'nun azad edildiyini bildirib.
AzerVoice xəbər verir ki, bu barədə Makron sosial media hesabında, 2022-ci ildən İranda həbsdə olan 34 yaşlı Fransa vətəndaşı Olivier Grondeau'nun azad edildiyini və Fransa'ya döndüyünü açıqlayıb.
"Olivier Grondeau azaddır, Fransada, öz xalqının arasında! Ailəsinin sevincini paylaşırıq",- deyə paylaşımda qeyd olunub.
O, həmçinin hələ də İranda həbsdə olan Cecile Kohler və Jacques Paris'in də azad edilməsini tələb edib.
Fransa Xarici İşlər Naziri Jean-Noel Barrot, azad edilən Olivier Grondeau'nun Fransa'ya dönüşü zamanı təyyarədə çəkilən fotosunu paylaşıb.
"Hələ də girov olaraq saxlanılan bütün vətəndaşlarımızın azad olunması üçün yorulmadan səylərimizi davam etdirəcəyik",- deyə Barrot vurğulayıb.
Qeyd edək ki, Olivier Grondeau, 2022-ci ilin oktyabrında turistik səfər zamanı İrandakı Şiraz şəhərində həbs olunmuş, İranın Qərblə apardığı danışıqlarda mübadilə vasitəsi olaraq istifadə etdiyi siyasi girovların saxlanıldığı Tehran şəhərindəki Evin həbsxanasına yerləşdirilmişdi. Grondeau, İrana casusluq və komplo ittihamları ilə 5 il həbs cəzasına məhkum edilmişdi.