Bakı, AzerVoice
Venesuela prezidenti Nikolas Maduro ABŞ-dan deportasiya edilən 306 qeyri-qanuni miqrantın ölkəyə qayıdacağını açıqlayıb.
AzerVoice xəbər verir ki, Paytaxt Karakasdakı Fransisko de Miranda Hava Bazasında təşkil edilən yarmarkada çıxış edən Maduro ABŞ-dakı bütün Venesuelalı mühacirlərin ölkəyə qaytarılması üçün diplomatik təşəbbüsləri artırmağı əmr etdiyini açıqlayıb.
Maduro, "306 vətəndaşımız Meksika vasitəsilə ölkəmizə çatacaq. Saxlanılan bütün miqrantlara hörmət və ləyaqət çərçivəsində dəstək göstərərək onları vətənlərinə və ailələrinə qovuşduracağıq," ifadələrini işlədib.
El Salvador Prezidenti Nayib Bukeleyə çağırış edən Maduro bunları qeyd edib:
"Hörmətli Prezident, bu insan alveri hadisəsinə ortaq olmamağınız üçün anlayış göstərəcəyinizi ümid edirik. Vətəndaşlarımız heç bir cinayət törətməyib. Bağışlayın, amma ABŞ-dan deportasiya edilən 238 venesuelalı miqrantın hansı hakim tərəfindən, hansı ittihamlarla və hansı hüquqi prosedurlara əsasən saxlanıldığını açıqlayın. Bu, utancverici və zalım bir hərəkətdir."
Maduro, venesuelalı miqrantların zorakılıq və alçaldılmaya məruz qaldığını bildirərək, ABŞ Prezidenti Donald Trampa bu vəziyyətə səssiz qalmaması üçün çağırış edib.