Əsas səhifə » Zelenski atəşkəsə riayət etməyə hazırdır - Ağ Ev

Zelenski atəşkəsə riayət etməyə hazırdır - Ağ Ev

Bakı, AzerVoice

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə telefon danışığında atəşkəs rejiminə tam riayət etməyə hazır olduğunu bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bununla yanaşı, Ağ Ev bildirib ki, Tramp və Zelenski ölkələrinin ekspert qruplarının yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşməsi barədə razılığa gəliblər.

Bundan əlavə Tramp, Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevə əlavə hava hücumundan müdafiə vasitələrinin tədarükü ilə bağlı müraciətini qəbul edib.

ABŞ həmçinin, Ukraynaya müdafiə xarakterli kəşfiyyat məlumatlarını ötürməyə davam edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice