BAKI, AzerVoice
Vaşinqton, Venesuelanın deportasiya edilən vətəndaşlarını qəbul etmədiyi təqdirdə əlavə sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
AzerVoice xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio X sosial media hesabında Nikolas Maduro hökumətini xəbərdar edib. O, Venesuelanın deportasiya edilən vətəndaşlarını qəbul etməməsinin müzakirə mövzusu olmadığını və bu siyasətə qarşı sərt tədbirlərin görüləcəyini bildirib.
Venesuela indiyədək ABŞ-dan deportasiya edilən yüzlərlə qeyri-qanuni miqrantı qəbul etsə də, prezident Maduro ölkəsinə qarşı təzyiqlərin artdığını vurğulayıb. O, Venesuelalıların haqsız yerə həbslərə və təqiblərə məruz qaldığını bildirib.
Qeyd edək ki, ABŞ administrasiyası Venesuela ilə yanaşı, "Tren de Aragua" adlı cinayətkar qrupla əlaqədə olduğu iddia edilən 261 nəfəri El Salvadora deportasiya edib.