BAKI, AzerVoice
Ukrayna prezidenti Volodimir Zelenski Tramp-Putin telefon danışığından sonra ABŞ lideri ilə görüşəcəyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Zelenski
Rusiya tərəfindən işğal olunmuş ərazilərin qanunsuz olduğunu və
bunun Ukrayna üçün “qırmızı xətt” təşkil etdiyini bildirib.
O, Tramp və Putinin Ukraynanın enerji obyektlərinə hücumların
dayandırılması barədə razılığa gəlməsinə baxmayaraq, Rusiya
ordusunun mülki infrastruktura hücumlarını davam etdirdiyini
vurğulayıb.
Zelenski Trampın Rusiya ilə apardığı danışıqların detalları ilə tanış olmaq istədiyini qeyd edib və Ukraynanın atəşkəs müzakirələri üçün ABŞ-a daha geniş nümayəndə heyəti göndərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Tramp-Putin danışığı iki saatdan çox davam edib və əsas mövzular arasında Ukraynadakı vəziyyət də olub.