BAKI, AzerVoice
ABŞ prezidenti Donald Tramp Moskva ilə münasibətlərin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
AzerVoice xəbər verir ki, Tramp
rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra
verdiyi müsahibəsində Rusiya ilə yaxşı əlaqələr qurmaq
istədiklərini qeyd edib.
O, telefon danışığı zamanı Ukraynaya yardımı müzakirə etmədiklərini
vurğulayıb.
Tramp, ABŞ-ın Rusiya ilə müəyyən dərəcədə ticarət etmək niyyətində olduğunu və Vaşinqtonun Çin və Rusiya ilə dostluq münasibətlərini davam etdirmək istədiyini bildirib. O, Pekinlə də yaxşı əlaqələrə üstünlük verdiyini və Çin lideri Si Cinpinin də ABŞ ilə münasibətləri inkişaf etdirmək istədiyini vurğulayıb.
Qeyd edək ki, Tramp administrasiyası dövründə ABŞ-ın xarici siyasəti Çin və Rusiya arasındakı strateji tərəfdaşlığı zəiflətməyə yönəlib.