28
BAKI,AzerVoice
Somali Prezidenti Həsən Şeyx Mahmudun karvanına partlayıcı qurğu ilə hücum edilib.
AzerVoice xəbər verir ki, nazirliyin bəyanatına görə, Prezident Mahmud Hirşabelle əyalətinə səfər edərkən onun karvanı hücuma məruz qalıb.
Bu səhər baş verən partlayış nəticəsində çox sayda mülki şəxs həlak olub və yaralanıb. Lakin Prezident Mahmud hücumdan sağ çıxıb.
Nazirliyin açıqlamasında bildirilir ki, saat 10:30 radələrində Prezident Mogadişunun Hamar-jajab qovşağından keçərkən partlayış baş verib, lakin hücum hədəfinə çatmayıb.
Saldırını Əş-Şəbab terror təşkilatı öz üzərinə götürüb. Hadisədən sonra təhlükəsizlik qüvvələri patlamaya dair informasiya yayımına qadağa qoyub.