Əsas səhifə » Putinlə görüşümüz çox yaxşı və məhsuldar keçdi - Tramp

Putinlə görüşümüz çox yaxşı və məhsuldar keçdi - Tramp

BAKI,AzerVoice

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrinin çox yaxşı və məhsuldar keçdiyini bildirib.

AzerVoice xəbər verir ki, Tramp sosial media hesabında görüşlə bağlı paylaşım edərək Rusiya-Ukrayna müharibəsinin sona çatma ehtimalının yüksək olduğunu vurğulayıb.

O, hazırda minlərlə ukraynalı əsgərin Rusiya ordusu tərəfindən mühasirəyə alındığını və ağır vəziyyətdə olduğunu qeyd edib. Tramp Putindən ukraynalı əsgərlərə mərhəmət göstərməsini xahiş etdiyini bildirib.

Ağ Evdən verilən açıqlamaya görə, iki lider arasında 2,5 saat davam edən telefon danışığında Rusiya-Ukrayna müharibəsində atəşkəsin təmin edilməsi və davamlı sülh üçün addımlar müzakirə edilib. Bəyanatda tərəflərin münaqişənin enerji və infrastruktur obyektlərinə hücumların dayandırılması ilə başlanmalı və texniki danışıqlarla tam atəşkəsə aparılmalı olduğu barədə razılığa gəldiyi bildirilib.

Bundan əlavə, Kreml də danışıqların konstruktiv keçdiyini və Ukrayna üzrə Rusiya-ABŞ ekspert qruplarının yaradılacağını açıqlayıb. Putin Trampın enerji infrastrukturlarına hücumların 30 gün ərzində dayandırılması təklifinə müsbət yanaşıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri ABŞ və Rusiya arasında yüksək səviyyəli danışıqlar nadir hallarda baş tutub. Bu son görüş müharibənin həlli üçün yeni ümidlər doğura bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice