Əsas səhifə » ABŞ Maskın təşəbbüsü ilə Braziliyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır

ABŞ Maskın təşəbbüsü ilə Braziliyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır

Bakı, AzerVoice

ABŞ prezidenti Donald Trampın administrasiyası, keçən il Braziliyada X platformasının fəaliyyətini müvəqqəti dayandıran Braziliyanın Federal Ali Məhkəməsinin bir sıra hakimlərinə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

AzerVoice-un məlumatına görə, bu sanksiyalar sosial şəbəkənin sahibi İlon Maskın təşəbbüsü ilə tətbiq ediləcək.

ABŞ Dövlət Departamenti 120 gün ərzində X platformasının Braziliyadakı fəaliyyətinin məhdudlaşdırılmasını dəstəkləyən bütün hakimlərin siyahısını hazırlamağı planlaşdırır. ABŞ hakimiyyəti, həmçinin bu şəxslərə tətbiq edilə biləcək sanksiyaların siyahısını hazırlamaq istəyir. Bu tədbirlər ilk növbədə keçən il X platformasını fəaliyyətini bir neçə həftəlik dayandıran hakim Aleksandre di Moraesi hədəf ala bilər.

Qeyd edək ki, bundan əvvəl X platformasının rəhbərliyi bildirmişdi ki, onların ixtiyarına hakim di Moraesin məxfi qərarı keçib. Həmin qərarda, bəzi hesabların bloklanması ilə bağlı göstərişə əməl olunmadığı təqdirdə şirkətin hüquqşünasının həbs ediləcəyi ilə bağlı hədə-qorxu yer alırdı. Ağ Ev hesab edir ki, Braziliya hakimiyyətinin tələbilə istifadəçi profillərinin məcburi şəkildə silinməsi insan hüquqlarının və ABŞ qanunlarının pozulmasıdır.

Hakim di Moraes bildirib ki, Braziliya höküməti, xaricdəki milyarderlərin sosial şəbəkələri idarə etməsinə, qanunun aliliyini pozmasına, məhkəmə qərarlarını görməzdən gəlməsinə və dövlət qurumlarına təhdidlər irəli sürməsinə icazə verməyəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice