BAKI,AzerVoice
Fransa 6 yeni Avropa basınclı su reaktoru (EPR) inşa etməyi planlaşdırır.
AzerVoice xəbər verir ki, 2022-ci ildən bəri hər il nüvə strategiyasını müəyyənləşdirmək üçün toplanan Nüvə Siyasəti Şurası (CPN) dünən dördüncü iclasını keçirib.
İclasda, hazırda fəaliyyətdə olan Penly, Gravelines və Bugey nüvə stansiyalarında altı yeni reaktorun inşasına qərar verilib. İlk reaktorun 2038-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır.
Yeni nüvə reaktorlarının Fransanın geosiyasi çərçivədə uran sahəsində suverenliyini gücləndirməyə xidmət edəcəyi bildirilib.
Qeyd edək ki, Fransa elektrik enerjisi istehsalının əsas hissəsini nüvə enerjisindən təmin edir. Hazırda ölkədə elektrik tələbatının təxminən 70%-i nüvə enerjisindən qarşılanır.
Bununla yanaşı, Fransa yaşıl enerjiyə keçid strategiyası çərçivəsində 2035-ci ilə qədər nüvə enerjisinin payını 50%-ə endirməyi planlaşdırır.