Əsas səhifə » İsrailə embarqo tətbiq edilməlidir - İspaniya XİN

İsrailə embarqo tətbiq edilməlidir - İspaniya XİN

BAKI,AzerVoice

Mülki əhalini də hədəf alan bu yeni zorakılıq dalğasını və bombardmanları pisləməli və rədd etməliyik.

AzerVoice xəbər verir ki, İspaniya Xarici İşlər Naziri Jose Manuel Albares, İsrailin atəşkəsi pozaraq Qəzzəyə yenidən hücum etməsini "kədərlə qarşıladığını və rədd etdiyini" bildirib.

Nazir, İspaniyanın yalnız İsrailin Qəzaya hücumlarını deyil, həm də elektrik kəsintilərini və humanitar yardımların girişinin qarşısını almasını kəskin şəkildə qınadığını bildirib. O, bütün bunların beynəlxalq humanitar hüquqa zidd olduğunu və barışa gedən yolun bu olmadığını qeyd edib.

"Fələstinlilər və israillilər üçün sülh yolu bu deyil. Yaxın Şərqdə hər hansı bir xalqın təhlükəsizliyini və sabitliyini təmin etməyin yolu da bu deyil",- deyə Albares əlavə edib.

O, İspaniyanın uzun müddətdir atəşkəsin qalıcı olmasını, genişmiqyaslı humanitar yardımın təmin edilməsini və Qəzzənin yenidən qurulmasını dəstəklədiyini vurğulayıb.

Həmçinin, İyun ayında BMT Konfransının keçirilməsi planına diqqət çəkərək, Qəzzanı da əhatə edən bir Fələstin dövlətinin yaradılmasına və İsrail ilə qarşılıqlı rifah, təhlükəsizlik və birgə yaşayışı təmin edəcək iki dövlətli həll yoluna doğru irəliləməyə çağırış edib.

Digər Kateqoriyalar

2025 © Azervoice