Əsas səhifə » ABŞ-ın media siyasəti Pekində dəstək qazanıb

ABŞ-ın media siyasəti Pekində dəstək qazanıb

BAKI,AzerVoice

Çin dövlət mediası ABŞ Prezidenti Donald Trampın radikal mediaya maliyyə yardımlarını kəsməsini müsbət qarşıladı.

AzerVoice xəbər verir ki, Pekində “radikal” hesab edilən bəzi media qurumlarının – “Azad Asiya Radiosu” və “Amerikanın Səsi”nin dövlət maliyyələşdirilməsinin azaldılması Çində müsbət qarşılanıb.

"Amerikanın Səsi”nin Çinlə bağlı xəbərlərdə dəhşətli reputasiyaya sahib olduğunu və Çinə qarşı yayılan demək olar ki, bütün yalanların arxasında bu medianın dayandığını iddia edib.

Həmçinin Çin Kommunist Partiyasına bağlı Beijing Daily qəzeti də Tramp administrasiyasının bu addımını alqışlayıb.

Martın 15-də “Amerikanın Səsi”nin əməkdaşlarının məcburi məzuniyyətə göndərildiyi məlum olub. Bu addım Trampın bəzi dövlət qurumlarının, o cümlədən ABŞ Qlobal Media Agentliyinin (USAGM) səlahiyyətlərini məhdudlaşdıran qərarından sonra atılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice