15
BAKI,AzerVoice
Böyük Britaniya ABŞ-ın pilotsuz uçuş aparatlarının (PUA) və peyklərinin Ukrayna ilə Rusiya arasındakı təmas xəttini izləməsini istəyir.
AzerVoice xəbər verir ki, bu addım, mümkün atəşkəs razılaşmasının bir hissəsi kimi nəzərdə tutulur.
Britaniya rəsmilərinin fikrincə, Vaşinqton və Moskva cəbhə xəttinin hər iki tərəfində təhlükəsizlik zonaları yaratmaq üçün razılığa gələ bilər, bu isə münaqişənin yenidən alovlanma riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Bundan əvvəl Londonun Ukraynada qeyri-müəyyən müddətə sülhməramlı kontingent yerləşdirmək niyyətində olduğu bildirilmişdi.
İlkin məlumatlara görə, təxminən 10 min sülhməramlı əsgərin Ukraynaya göndərilməsi planlaşdırılır.