Əsas səhifə » ABŞ-da dağıdıcı qasırğada onlarla insan həlak olub

ABŞ-da dağıdıcı qasırğada onlarla insan həlak olub

BAKI, AzerVoice

ABŞ-da həftəsonu baş verən güclü tornadolar və tufanlar nəticəsində ölənlərin sayı 40-a çatıb.

AzerVoice xəbər verir ki, əlverişsiz hava şəraiti ölkənin mərkəzi və cənub bölgələrində, xüsusilə Texas, Missuri, Oklahoma, Missisipi və Alabama ştatlarında ciddi fəsadlara səbəb olub.

Rəsmilər Missuri ştatında 12 nəfər də daxil olmaqla, müxtəlif ştatlarda ümumilikdə 40 nəfərin həyatını itirdiyini açıqlayıb.

Milli Meteoroloji Xidmət həftənin əvvəlindən başlayaraq tufanların şiddətinin azaldığını bildirsə də, Şərqi Corciya və Floridanın şimalında davam edən güclü küləklərin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ-ın mərkəzi və cənub bölgələri hər il fəsil keçidləri zamanı güclü tufan və tornadoların təsirinə məruz qalır. Xüsusilə "Tornado Alley" adlanan ərazilərdə bu cür hava hadisələri geniş miqyaslı dağıntılar və insan itkiləri ilə nəticələnir.

Digər Kateqoriyalar

2025 © Azervoice